Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hansı ölkənin pasportu daha “güclüdür”? –Siyahı


Azərbaycan pasportu ilə dünyanın 70 ölkəsinə vizasız səfər etmək mümkündür.
Yenixeber.org:  Bu barədə məlumat "Henley & Partners" şirkətinin 2022-cu ilin 2-cü rübü üçün açıqladığı "Pasport indeks"də yer alıb.

Açıqlanan məlumatda qeyd olunur ki, Azərbaycan indeksdə 78-ci sırada yer alıb.
Region ölkələri reytinqdə aşağıdakı mövqelərdə qərarlaşıblar:
- Ukrayna – 35-ci yer (144 ölkəyə vizasız səfər)
- Moldova – 48-ci yer (121 ölkəyə vizasız səfər)
- Rusiya - 50-ci yer (119 ölkəyə vizasız səfər)
- Gürcüstan - 52-ci yer (116 ölkəyə vizasız səfər)
- Тürkiyə - 53-cü yer (110 ölkəyə vizasız səfər)
- Belarus – 71-ci yer (78 ölkəyə vizasız səfər)
- Qazaxıstan - 73-cu yer (76 ölkəyə vizasız səfər)
- Azərbaycan - 78-ci yer (70 ölkəyə vizasız səfər)
- Ermənistan - 81-cü yer (66 ölkəyə vizasız səfər)
- Qırğızıstan – 83-ci yer (64 ölkəyə vizasız səfər)
- Tacikistan – 87-ci yer (60 ölkəyə vizasız səfər)
- Özbəkistan – 88-ci yer (59 ölkəyə vizasız səfər)
- Türkmənistan – 94-ci yer (53 ölkəyə vizasız səfər)
-  İran - 102-ci yer (43 ölkəyə vizasız səfər)
"Pasport indeks"nə görə ən güclü pasport Yaponiya və Sinqapura məxsusdur. Bu ölkələrin pasportu ilə müvafiq olaraq 193 və 192 ölkəyə vizasız səfər etmək mümkündür. Növbəti sıralarda Cənubi Koreya (192 ölkə), Almaniya (190 ölkə) və İspaniya (190 ölkə) pasportları yer alıb.
Dünyanın ən zəif pasportuna isə Əfqanıstan vətəndaşları sahibdir. Əfqanıstan pasportu ilə cəmi 27 ölkəyə vizasız getmək mümkündür. Bundan başqa İraq (29 ölkə), Suriya (30 ölkə), Pakistan (32 ölkə) və Yəmən (34 ölkə) zəif pasporta sahib ölkələr hesab olunurlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam