Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Maska rejimi qayıdır? “ÜST koronavirusun bitdiyini elan etməyib” -AÇIQLAMA

 

Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, 1 may 2022-ci ildən etibarən Azərbaycanda tibbi maska taxmaq tələbi ləğv edilib.

Yenixeber.org: Buna baxmayaraq, səhiyyə naziri Teymur Musayev əhaliyə qapalı məkanlarda, xüsusilə avtobus və metroda tibbi maskadan istifadəni tövsiyə edir.

Son günlər dünya ölkələrində COVID-19-a yoluxma artdığından Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da ölkələrə çağırış edərək maska rejiminə qayıtmağı məsləhət görür.

Bu səbəbdən qapalı məkanlarda artıq maskadan istifadə edənlər var. Siyasi görüşlərdə maskadan istifadə edilməsi də bunun bariz nümunəsidir. Hətta bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” və İsveçrə “Sürix”i arasında keçiriləcək ilk oyundan sonra mətbuat konfransına giriş üçün maska də tələbi qoyulub.

Mövzu ilə bağlı açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı maskanı səhiyyə mədəniyyəti hesab edir:

“May ayında maska qadağası ləğv olunsa belə, qapalı yerlərə gedəndə maska taxırdım. Maska taxmaq səhiyyə mədəniyyətidir. Çünki insanlar məsuliyyətsiz yanaşırlar. Az qala nəfəs-nəfəsə otursunlar. ÜST koronavirusun bitdiyini elan etməyib. Elan etmədiyinə görə də virusdan qorunmağa çalışmalıyıq. Hazırda dünyada virusa yoluxanların sayı artmaq üzrədir. Ona görə qaydalara əməl olunmalıdır”.

M.İbrahimqızı qeyd edib ki, görüşlərdə maska taxılması nümunədir:

“Biz özümüzü qorumaqla virus təhlükəsindən qurtula bilərik. Qayda tətbiq olunub-olunmamasından asılı olmayaraq qapalı yerlərdə maska taxmaq lazımdır. Sosial məsafə gözlənilməlidir.

Görüşlərdə maska taxılması isə nümunədir. Bu gün oyundan sonra mətbuat konfransında maska taxılması tələbi olduqca normal bir haldır. Bu, qeyri-adi deyil. Tələbi gözləmədən özümüz taxmalıyıq”.

İnfeksionist Nicat Əzimli qeyd edib ki, maska tələbinin gətirilməsi epidemik vəziyyətin cari durumu ilə bağlıdır:

“Epidemik vəziyyət qənaətbəxş olmazsa, vətəndaşların sağlamlığının təhlükə altında olduğu qənaətinə gəlinərsə, təbii ki, maska tələbinin gətirilməsi mümkün ola bilər. Tövsiyə tələb zərurətinin yaradılmaması üçündür.

Epidemik vəziyyətin pisləşməsinin qarşısının alınması bizim öz əlimizdədir. Buna kollektiv yanaşma kimi baxa bilərik. Əgər riayət olunmazsa, vəziyyət qənaətbəxş olmayan bir vəziyyətə çatarsa, artıq maska tələb olaraq qoyulacaq”.

N.Əzimlinin sözlərinə görə, yoluxma sayının yuxarı rəqəmlərə çatması gözləniləndir:

“Artımın nə olacağı ilə bağlı proqnoz isə dünya ölkələrinə baxılaraq, deyilir. Yoluxmada artım var. Daha da yuxarı rəqəmlərə çatması gözləniləndir. Ölüm halları az, yoluxma daha çoxdur. Yoluxanların artmasının narahatedici tərəfi yanaşı xəstəliyi olan insanların təsirlənməsidir. Onları qorumalı, kütləvi yerlərə getməkdən çəkindirməliyik”.

Qeyd edək ki, Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 257 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında dörd nəfər vəfat edib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam