Redaktor seçimi
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Günün xəbəri

Gəncə Şəhər Məhkəməsinə sədr, sədr müavini və hakimlər təyin edilib

Prezident İlham Əliyev Gəncə Şəhər Məhkəməsinin sədri, sədrinin müavini və hakimlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Yenixeber.org: Sərəncama əsasən, Xəqani Qəhrəman oğlu Tağıyev Sumqayıt Kommersiya Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilib.

Tural Şəmsi oğlu Qocayev Gəncə Şəhər Məhkəməsinin hakimi və sədrinin müavini təyin edilib.

Mustafa Əli oğlu Mustafayev Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi təyin edilib.

Həmçinin sərəncamla aşağıdakı hakimlər Gəncə Şəhər Məhkəməsinin hakimləri təyin ediliblər:

Hüseynov Kənan Zakir oğlu

Hüseynov Zaur Nazim oğlu

İmanov Zaman Şakir oğlu

Şirinov Gündüz Əhməd oğlu

Tağıyev Cavid Tahir oğlu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam