Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı artıb

 

Rusiyanın Sverdlovsk vilayətinə Azərbaycan, Özbəkistan, Türkmənistandan kənd təsərrüfatı məhsullarının ixracı artıb.

Yenixeber.org: Bu barədə Rusiya mətbuatı xəbər verir.

“Tərəfdaş ölkələrin (tədarüklərinin-red) payı əhəmiyyətli dərəcədə artıb: Özbəkistan - təxminən üç dəfə, Türkmənistan - təxminən iki dəfə. Azərbaycandan Sverdlovsk vilayətinə qarpız ixracı 10 dəfə artıb”, - Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") region üzrə rəis müavini Svetlana Terexova bildirib.

Qeyd edilir ki, Sverdlovsk vilayəti ərazisinə meyvə və tərəvəz ixrac edən əsas ölkələr: Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan və Ermənistandır.

Eyni zamanda qeyd edilir ki, Belarusun Rusiya ixracında payı 40 %-dən 80 %-ə yüksəlib.

Svetlana Terexova bildirib ki, ekzotik meyvələrin uzaq ölkələrdən birbaşa tədarükü dayanıb, lakin onların yerini ən yaxın tərəfdaş ölkələr tutub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam