Redaktor seçimi
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Günün xəbəri

“NATO Ukraynaya lazım olan qədər silah göndərəcək”:Almaniya kansleri

“NATO-ya üzv ölkələr, həmçinin bir çox digər dövlətlər Ukraynanın özünü müdafiə etməsi üçün üzərinə düşəni edir”

“Şimali Atlantika Alyansına üzv ölkələr Ukraynaya silah tədarükünü lazım olana qədər davam etdirəcək”.

Yenixeber.org: Bu barədə Almaniya kansleri Olaf Şolts NATO-nun Madriddə keçirilən sammitindən öncə jurnalistlərin suallarını cavablandıran zaman deyib.

“NATO-ya üzv ölkələr, həmçinin bir çox digər dövlətlər Ukraynanın özünü müdafiə etməsi üçün üzərinə düşəni edir. Kiyev maliyyə resursları, humanitar yardımlar, həmçinin ehtiyacı olan silahlarla təmin olunur. Mesaj belədir: biz bunu Ukraynanın müdafiəsi üçün lazım olan qədər davam etdirəcəyik”, - deyə Olaf Şolts bildirib.

İyunun 21-də Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Almaniyadan “Panzerhaubitze 2000” özüyeriyən haubitsa aldıqlarını açıqlayıb. Həmin gün Almaniya hökuməti ilk dəfə olaraq Ukraynaya verilən silahların siyahısını və 30 ədəd “Gepard” özüyeriyən zenit kompleksinin, IRIS-T hava hücumundan müdafiə sisteminin, üç ədəd “Mars” yaylım atəş sisteminin, 22 yük maşınının və 80 pikapın verilməsini ehtiva edən gələcək tədarük planını dərc edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam