Redaktor seçimi
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Günün xəbəri

Laçın beynəlxalq hava limanı saatda 200 sərnişinə xidmət göstərə biləcək

 

"Laçın beynəlxalq hava limanı saatda 200 nəfər sərnişinə xidmət göstərə biləcək".

Yenixeber.org: Bunu "AzVirt" MMC-nin baş direktorunun müşaviri Ceyhun Səfərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Laçın beynəlxalq hava limanı Qarabağda inşa olunan sayca üçüncü beynəlxalq hava limanıdır: "2021-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bu hava limanının təməli qoyulub. Tikinti işlərinin 2024-cü ildə tamamlanması planlaşdırılır".

C.Səfərov bildirib ki, hava limanının uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metr təşkil edir: “Perronun sahəsi 50 000 kvadratmetrdir. Hazırda hava limanının ərazisinin hamarlaşdırılması aparılır. Bu da ən çox uçuş-enmə zolağının düşdüyü əraziyə təsadüf edir. Terminalın sahəsi isə 5 000 kvadratmetrdir. Saatda 200 nəfər sərnişinə beynəlxalq standartlara cavab verəcək şəkildə xidmət göstərmək mümkün olacaq. Həmçinin gələcəkdə beynəlxalq uçuşların icrası üçün tam şərait yaranacaq. Hava hərəkətinin idarə etmə qülləsi, transformator otağı, su çəni, qazanxana, nəzarət-buraxılış məntəqəsi və digər yardımçı binaların da layihələndirmə işləri həyata keçirilir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam