Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında növbəti görüş iyulun 1-də Vyanada keçiriləcək.
Yenixeber.org: Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan sosial şəbəkə hesabında paylaşım edib.
"Ermənistan-Türkiyə normallaşma prosesində Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin növbəti görüşü iyulun 1-də Vyanada baş tutacaq", paylaşımda bildirilib.