Bu generallar Ukraynanı müzakirə etdi
Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov və onun fransalı həmkarı Tierri Burkxard arasında telefon danışığı baş tutub.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.
Qərbi Afrikanın Sahel bölgəsindəki vəziyyətin də müzakirə olunduğu bildirilir.