“Qərbin yaratdığı təhlükəsizlik sistemi çökməkdədir”-“İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı mövqeyimiz dəyişməyəcək”
“Qərbin yaratdığı təhlükəsizlik sistemi çökməkdədir”.
Yenixeber.org: Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, Qərb ölkələri Türkiyənin BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zərurəti barədə ideyası ilə razılaşmağa başlayıblar.
***
“Ankaranın tələbləri yerinə yetirilmədikcə, İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı Türkiyənin mövqeyi dəyişməyəcək”.
Bunu da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.