Münaqişə tərəfləri atəşkəsi iki ay uzadıb-Yəməndə
Yəməndəki münaqişə tərəfləri atəşkəsin daha iki ay uzadılması barədə razılığa gəliblər.
Yenixeber.org: Bu barədə BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq bildirib. “Bildirmək istərdim ki, Yəmən münaqişəsinin tərəfləri BMT-nin atəşkəsin uzadılması təklifi ilə razılaşıblar. Qərar 2 iyun 2022-ci il tarixində, saat 19:00-da mövcud atəşkəs başa çatdıqdan sonra qüvvəyə minir”, - deyə məlumatda deyilir.
Qrundberq qeyd edib ki, atəşkəs ilkin razılaşma ilə eyni şərtlərlə uzadılır.
Qrundberq qeyd edib ki, atəşkəs ilkin razılaşma ilə eyni şərtlərlə uzadılır.