Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Bakıda Pakistan filminin premyerası keçirilib

 

Pakistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakıda "Dum Mastam" ("Sevgiylə məst olmuş") filminin premyerası keçirilib.

Yenixeber.org: Tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye və Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva iştirak ediblər.

Bilal Haye Pakistan filminin qardaş Azərbaycanda nümayiş olunmasından məmnun olduğunu bildirib.

“Filmdə insani dəyərlər və sosial problemlərə toxunulur. Bakıda daha çox Pakistan filmlərinin nümayiş olunmasını istərdik, çünki bu, ölkələr arasında mədəni ünsiyyətin və turistlərin cəlb edilməsinin çox yaxşı üsuludur. Bu cür tədbirlər Pakistan və Azərbaycan arasında münasibətləri möhkəmləndirmək imkanı yaradır”, - pakistanlı səfir deyib.

“Ümid edirəm ki, bu hadisə iki ölkənin mədəniyyət xadimləri arasında əməkdaşlığa təkan verəcək. Gələcəkdə Pakistanla birgə film çəkmək niyyətindəyik”, - Qənirə Paşayeva bildirib.

Qeyd edək ki, "Dum Mastam" filmi iki pakistanlı gəncin sevgisindən bəhs edir. Filmi “Gənclik Mall”da yerləşən “Cinema plus” kinoteatrında Azərbaycan dilində altyazı ilə izləyə bilərsiniz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam