Hulusi Akar pakistanlı həmkarı ilə görüşüb-FOTO
Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Pakistan müdafiə naziri Xavaca Məhəmməd Asif arasında görüş baş tutub.
Yenixeber.org: Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlər ikitərəfli və regional əməkdaşlığı, həmçinin təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Tərəflər, həmçinin müdafiə sənayəsi sahəsindəki əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıblar.