Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

Bakı metrosunda “TEKNOFEST” günlərində sərnişindaşıma rekord həddə çatıb

"Bakı Metropoliteni" QSC mayın 26-29-da paytaxtda keçirilmiş “TEKNOFEST Azərbaycan” Aviasiya və Texnologiya Festivalı günlərində rekord sayda sərnişin daşıyıb.
Yenixeber.org: Bunu səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
"Festivala maraq nəzərə alınaraq yerüstü ictimai nəqliyyat qovşağı seçilmiş “28 May”, habelə Dənizkənarı bulvarın yaxınlığında yerləşən “Sahil” və “İçərişəhər” stansiyaları növbətçilik cədvəli əsasında daim əlavə işçi qüvvəsi ayrılmaqla xüsusi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Hər festival günü əvvəlki həftənin eyni günləri ilə müqayisədə, 45-50 min artıq sərnişin yeraltı ictimai nəqliyyatdan istifadə edib. Bunun 50%-dən çoxu məhz xüsusi gücləndirilmiş iş rejimində çalışan 3 stansiyanın payına düşüb.
May ayında 18 milyon 117 min 631, ayın bütün günləri nəzərə alınmaqla isə, hər gün orta hesabla 584 min 440 sərnişin metropolitenin xidmətindən istifadə edib. Bu, Nazirlər Kabinetinin qərarları ilə pandemiya dövründə yumşalmaların tətbiq edildiyi 2022-ci il ərzində metropoliten üçün aylıq ən yüksək daşıma göstəricisi hesab olunur. Rəsmi istirahət elan edilmiş bayram günləri olmayan aprel ayında yeraltı ictimai sərnişin nəqliyyatının daşıma xidmətinə müraciət edənlərin ümumi sayı 17 milyon 448 min 521 sərnişin təşkil edib”, - deyə o, qeyd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam