Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

Moldova Prezidenti Maya Sandu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Maya Sandu İlham Əliyevə təşəkkür etdi   
 Məktubun mətnində deyilir:

Yenixeber.org: “Zati-aliləri.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi-qəlbdən möhkəm cansağlığı, sülh və firavanlıq diləyirik. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Sizi təbrik edirik.

Ötən üç onillikdə ölkələrimiz arasında əməkdaşlıqda yüksəliş tendensiyası müşahidə olunur. Şadam ki, Moldova Respublikası və Azərbaycan Respublikası son vaxtlar ticarət, investisiya, enerji, kənd təsərrüfatı və mədəniyyət kimi bir çox sahələrdə ikitərəfli əməkdaşlığı daha da intensivləşdirmək niyyətindədirlər.

Mən, həmçinin COVID-19 pandemiyasmın nəticələri ilə mübarizədə köməyə və Ukraynadan olan qaçqınlara tibbi yardım göstərilməsində humanitar dəstəyə görə Sizə təşəkkür etmək istəyirəm.

Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin daha da inkişaf edəcəyinə əminəm. Hörmətli cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul edin”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam