Fransa səfiri:"Fermerin minaya düşməsini təəssüflə qarşılayıram"
"Mayın 28-də Füzuli rayonunda 23 yaşlı fermer Xəyal Abdullayevin minaya basaraq yaralanması xəbəri təəssüflə qarşılayıram. Ona tam sağalmağı diləyirəm".
Yenixeber.org: Bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross tviterdə yazıb.
"Fransa səfirliyi minatəmizləyənlər üçün detektorlar və alət dəstləri ilə Azərbaycanda minaların təmizlənməsini dəstəkləyir”, - səfir qeyd edib.
Qeyd edək ki, mayın 28-si saat 18 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1999-cu il təvəllüdlü Xəyal Abdullayev minaya düşməsi nəticəsində çoxsaylı qəlpə yarası alıb.