Nazarbayev adının konstitusiyadan çıxarılmasına razı oldu
Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev iyunun 5-də keçiriləcək referendumda öz adının ölkə konstitusiyasından çıxarılmasını dəstəkləyəcək.
Yenixeber.org: Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Eks-prezidentin nöqteyi-nəzərindən ölkədə iğtişaşların təşkilinin arxasında kimin dayandığını araşdırmaq lazımdır. O, istintaqın bu suala cavab verəcəyinə əmin olduğunu deyib.
Bundan əvvəl bildirilmişdi ki, referenduma çıxarılan konstitusiyaya düzəlişlər Prezident Tokayevin təklif etdiyi siyasi islahatlar planına uyğun olaraq hazırlanıb.