Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Kinder"lərə salmonella virusu necə keçib? -Direktor açıqladı

"Kinder"lərə salmonella virusu necə keçib? -    Direktor açıqladı   
Avropanın bir çox ölkəsinə yayılan və 100-dən çox uşağın yoluxduğu salmonella virusunun mənbəyi bəlli olub. Məlum olub ki, virus fabrikə tərkibində salmonella olan xammal vasitəsilə daxil olub.
Yenixeber.org: Bu barədə "Kinder" şokoladlarının istehsalçısı "Ferrero" şirkətinin baş direktoru Nikolas Neykov açıqlama verib.
Fransanın "Le Parisien" qəzetinə danışan Neykov virusun Belçikadakı Arlon fabrikinə necə girdiyini və necə aşkarladıqlarını qeyd edib. O bildirib ki, çirklənmə fabrikin süd yağı çənindəki filtrdən qaynaqlanıb:
"Virus oraya ya əvvəllər yoluxmuş xammal vasitəsilə daxil olub, ya da işçilər tərəfindən ötürülüb".
Neykov fabrikin virisun aşkarlandığı ilk gün, yəni dekabrın 15-də fabrikin bağlanmaması barədə deyilənlərə də aydınlıq gətirib. O fabrikin həmin vaxtda bağlandığını vurğulayıb:
"Dekabrın 15-də biz bütün istehsal xətlərini dayandırdıq, istehsal olunanları atdıq. Sonrakı günlərdəki bütün sınaqlarımız mənfi oldu, ona görə də fabriki yenidən açdıq. Eyni zamanda paylanılan məhsulları da geri çağırdıq. Bu, son 20 ilin ən böyük "məhsul geri çağırışı” oldu. Təkcə Fransada 3000 tondan çox "Kinder" məhsulu bazardan çıxarılıb".
Qeyd edək ki, şokolad satışının ən çox edildiyi Pasxa bayramında şirkət dövriyyəsinin 40 faizini itirdi. İlin sonunda zərərin on milyon avro civarında olacağı güman edilir. İstehlakçıların 60%-i artıq bu markaya inanmır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam