Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

Rusiya:Azərbaycanla birgə brakonyerlik əleyhinə tədbirlərin səmərəsi artıb

 

Xəzər dənizi hövzəsində brakonyerlik (qanunsuz ov-red) fəaliyyətinin qarşısının alınması üzrə tədbirlərin səmərəliliyi artıb. Rusiyanın Azərbaycan və Qazaxıstanın sərhəd qurumları ilə birgə həyata keçirilən tədbirlər zamanı ekoloji qanunvericiliyin tələblərini pozan 1 500-dən çox brakonyer saxlanılıb, 60 kiçik qayıq və 54 km balıqçı toru götürülüb.

Yenixeber.org: Bunu Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) direktorunun birinci müavini, Sərhəd Xidmətinin rəhbəri, ordu generalı Vladimir Kulişov deyib.

O, qeyd edib ki, görülən tədbirlər nəticəsində təxminən 1,5 tona yaxın nərə balığının qanunsuz dövriyyəsi dayandırılıb. 1,2 minə yaxın nərə balığı təbii yaşayış yerlərinə buraxılıb.

Vladimir Kulişovun sözlərinə görə, Rusiya hökumətinin balıqçılıq fəaliyyətinə dövlət nəzarəti səyləri gücləndirilir. 2021-ci ildə nəzarət edilən istehsal həcmlərinin payı 70 %-dən çox olub. Nəzarət və yoxlama tədbirləri zamanı Rusiya Federasiyasının qanunvericiliyinin və balıqçılıq sahəsində beynəlxalq müqavilələrin 6 000-dən çox pozulması faktı aşkar edilib, 583 müxtəlif gəmi, o cümlədən üçü xarici bayraq altında saxlanılıb. 1 000 tondan çox qeyri-qanuni balıqçılıq məhsulları qeyri-qanuni dövriyyədən çıxarılıb, qanun pozucuları 660 milyon rubla yaxın ziyan vurublar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam