Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

Azərbaycanda vəkillərin sayı açıqlanıb

Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı açıqlanıb.

Yenixeber.org: Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov bildirib ki, hazırda vəkillərin sayı 2 135 nəfərdir.
O qeyd edib ki, bu say daim dəyişir: "Çünki vəkilliyə qəbul olunan, dövlət qulluğuna keçən şəxslər olur. Əminliklə demək olar ki, gələn ay ərzində vəkillərin ayı 2 200 nəfəri ötəcək. Hazırda vəkilliyə namizədlər bütün mərhələlərdən keçib, imtahanı uğurla veriblər, Ədliyyə Akademiyasında kurslar tamamlanıb. Gələn ay ərzində çoxsaylı namizədləri vəkilliyə qəbul edəcəyik".
Sədr deyib ki, vəkil qadınların sayı isə 300 nəfəri ötüb: "Hazırda Qadın Vəkillərin Alyansı yaradılır. Bu gün Rəyasət Heyətinin iclasında Alyansın əsasnaməsi təsdiq olunacaq. Ümid edirəm ki, bu, səmərəli fəaliyyət göstərən qurum olacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam