Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Günün xəbəri

"Sülh müqaviləsi iki dövlətin əlaqələrinin, əməkdaşlığının qurulması üçün həlledicidir” -RƏY

 

"Brüsseldə 5 saat çəkən üçtərəfli görüşdə bütün məsələlər nəzərdən keçirilib, müsbət nəticələr əldə olunub".

Yenixeber.org: Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov deyib.

O bildirib ki, görüşdə Dağlıq Qarabağ ifadəsi işlədilməyib, yalnız Qarabağ deyilib, status məsələsi isə ümumiyyətlə müzakirə mövzusu olmayıb:

“Həmçinin Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb ki, Azərbaycan bunu həmişə deyib və onların təhlükəsizliyə təminat verəcəyini bəyan edib. Azərbaycan çoxmillətli ölkədir və hər kəsi hüququ eynidir. Eyni zamanda yaxın zamanlarda Azərbaycanla Ermənistanın sərhədində Sərhəd Komissiyalarının ilk birgə iclasının keçirilməsi razılaşdırılıb. Komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq”.

Deputat vurğulayıb ki, üçtərəfli görüşdə kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsindən danışılıb:

“Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər məsələlər barədə razılığa gəlinib. Sülh müqaviləsi iki dövlətin əlaqələrinin, əməkdaşlığının qurulması üçün həllledicidir”.

“Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması ilə bağlı razılıq əldə olunub. Bunların məqsədi iki dövlət arasında münasibətlərin normallaşdırılmasıdır”, - Elman Nəsirov qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam