Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Paşinyan -İlham Əliyevlə görüşündən danışdı

“”Dağlıq Qarabağ”ın (Azərbaycanda bu adda ərazi vahidi yoxdur- red.) statusu məsələsi Azərbaycanla gələcək danışıqların mövzusu olmalıdır”.
Yenixeber.org: “Sputnik Ermənistan” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O, Azərbaycan prezidenti ilə Brüsseldə dünənki görüşün yekunlarını belə şərh edib ki, görüşdə iki ölkənin xarici işlər nazirlərinə sülh danışıqları üzrə işə başlamaq tapşırığı verilməsi barədə razılıq əldə olunub.
Paşinyan hökumətin iclasında qeyd edib ki, ötən həftə o, Azərbaycanın təkliflərinin məqbul olması barədə danışıb, lakin eyni zamanda qeyd edib ki, söhbət Qarabağda yaşayan ermənilərin təhlükəsizlik problemlərindən, təhlükəsizlik təminatlarından deyil, onların statusu məsələsindən gedir.
“Deməliyəm ki, bu məsələlər gələcək danışıqların predmetinə çevrilməlidir”, - Ermənistanın baş naziri bildirib.
O, qeyd edib ki, Ermənistan tərəfi keçmişdə olduğu kimi, ATƏT-in Minsk qrupunun da iştirakını vacib hesab edir, və onlar bu istiqamətdə işi davam etdirməlidirlər.
Qeyd edək ki, ötən gün Belçikanın paytaxtı Brüsseldə Aİ Şurası prezidenti Şarl Mişelin vasitəçiliyi ilə İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilib. Aprelin 6-da keçirilən görüşdən sonra tərəflər aprelin sonunadək sərhədin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam