Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bizim üçün vacib olan Rusiyanın yanaşmasıdır” - Rasim Musabəyov

 

    28 Sentyabr 2018    Oxunub : 254
“Bizim üçün vacib olan Rusiyanın yanaşmasıdır” - Rasim Musabəyov
“Rusiya-Ermənistan münasibətlərində müəyyən soyuqluq yarandığı dövrdə Azərbaycan-Rusiya münasibətlərinin intensiv inkişafı Dağlıq Qarabağ probleminin həllinin dalandan çıxarmaq baxımından çox vacibdir”

Yenixeber.org: Bu fikirləri Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, politoloq Rasim Musabəyov, Rusiya prezidenti Vladimir Putinin ötən gün ölkəmizə baş tutan səfərini şərh edərkən deyib.
Politoloq bildirib ki, iki ölkə arasındakı əlaqələr nə qədər intensivləşsə, bir o qədər yaxşıdır: “Rusiya Azərbaycanın böyük qonşusudur. Bizim Rusiya ilə çoxsahəli əlaqələrimiz var. Biz bu əlaqələri nə qədər intensivləşdirsək, bir o qədər yaxşıdır. Bu, həm iqtisadi, həm də ölkəyə gəlib-gedən insanlarımız üçün faydalıdır”. 

R.Musabəyov qeyd edib ki, Qarabağ münaqişəsinin həlli, düyünün açılması Rusiyanın əlindədir: “Biz Dağlıq Qarabağ problemini dalandan çıxarmaq üçün çalışırıq. Dövlət başçılarının görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunmadığı fikri ilə razı deyiləm. Çünki görüşdə müzakirə olunan məsələlərin heç də hamısı media üçün elan olunmayıb. Elə məsələlər var ki, bunlar təkbətək görüşlərdə müzakirə olunur. Amma qərar orada verilmir. Bizim üçün vacib olan Rusiyanın yanaşmasıdır”.

Politoloq qeyd edib ki, Ermənistanın indiki rəhbərliyi söz başa düşmür, özlərini məsuliyyətsiz aparırlar: "Ermənistan rəhbərliyinin Rusiyadan dəstək alıb fironluq etməyinə nə dərəcədə yol verilməlidir? Bu baxımdan görüşdə çox məsələlər müzakirə olunur. Bundan başqa, Azərbaycan üçün vacibdir ki, Rusiya-Türkiyə, Rusiya-İran münasibətlərinin hansı perspektivləri var? Qərblə Rusiyanın pisləşmiş münasibətləri haraya aparıb çıxara bilər? Bütün bunlar xoşumuza gəlsə də, gəlməsə də bizim bölgəyə, o cümlədən Azərbaycana da proyeksiya olunur. Elə məsələr var ki, onlar qərar tələb etmir. Ancaq onun yüksək səviyyədə ikitərəfli, dost atmosferdə müzakirəsi Azərbaycan üçün vacibdir ki, öz siyasətini daha dəqiq həyata keçirsin”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam