Redaktor seçimi
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
Günün xəbəri

Avstriya Qarabağda günəş enerjisi layihələrinə maraq göstərir

Avstriya Qarabağda günəş enerjisi layihələrinə maraq göstərir

Cari ilin 16 may tarixində Azərbaycan Respublikası və Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası çərçivəsində ölkəmizdə səfərdə olan Avstriya şirkətləri ilə görüş keçirilib.

Yenixeber.org: Energetika Nazirliyindən verilən məlumata görə, Avstriya Respublikasının Rəqəmsal və İqtisadi İşlər üzrə Federal Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri, Azərbaycan-Avstriya Qarışıq Komissiyasının qarşı tərəfdən həmsədri Franz Vessiqin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanda “yaşıl enerji”dən istifadənin genişləndirilməsi üzrə qarşıya qoyulan strateji hədəflər barədə məlumat verilib.

Ölkəmizin bərpa olunan enerji potensialı, o cümlədən dənizdə külək enerjisi resursları, sahə üzrə institusional mühit və müəyyən edilmiş hədəflərin reallaşdırılması istiqamətində atılmış addımlar, gələcək planlar və s. kimi məsələləri özündə ehtiva edən təqdimat nümayiş etdirilib. Ölkəmizdə, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün potensialın olduğu bildirilib.

Görüşdə iştirak edən şirkətlər tərəfindən öz profilləri və fəaliyyət istiqamətləri haqqında geniş məlumat verilərək, işğaldan azad olunmuş ərazilərdə günəş enerjisi və hidroenerji sahələrində potensial əməkdaşlıq imkanlarının ətraflı öyrənilməsinə maraq ifadə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam