Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi üçün -konsepsiya və baş plan hazırlanır

Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi üçün konsepsiya və baş plan hazırlanır

Sentyabrın 6-da neft hasil edən ölkələr arasında “Əməkdaşlıq Xartiyası” çərçivəsində “Enerji, iqlim və davamlı inkişaf” mövzusunda nazirlərin dəyirmi masası keçirilib.

Yenixeber.org: Energetika Nazirliyinin verdiyi xəbərə görə, videokonfrans formatında baş tutmuş tədbirə nazirlər, yüksək səviyyəli rəhbər şəxslər və beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla 100-ə yaxın iştirakçı qatılıb.

Yüksək vəzifəli rəsmilərin açılış nitqləri ilə başlamış tədbirdə energetika naziri Pərviz Şahbazov da çıxış edib. O, ölkədə elektrik enerjisi istehsalında daha səmərəli texnologiyaların tətbiqi, bərpa olunan enerjidən istifadənin genişləndirilməsi, enerji səmərəliliyinə nail olunması və istixana effekti yaradan qaz emissiyalarının azaldılması üzrə görülmüş işlər barədə məlumat verilib. "Təmiz ətraf mühit"ə nail olmaq və "yaşıl inkişaf" ölkəsinə çevrilməyin 2030-cu ilə qədər ölkəmizin sosial-iqtisadi inkişafa dair 5 Milli Prioritetindən biri kimi müəyyənləşdirilməsinin Azərbaycanın enerji keçidi prosesinə bağlılığının göstəricisi olduğu vurğulanıb. 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəmizlə işğaldan azad edilmiş ərazilərimizin Prezident İlham Əliyevin “yaşıl enerji” zonası elan etdiyi, hazırda müvafiq konsepsiya və baş planın hazırlanmaqda olduğu diqqətə çatdırılıb: “Əsas məqsədimiz bu ərazilərin elektrik enerjisinə olan tələbatını bərpa olunan enerji mənbələri hesabına ödəməkdir”- deyə Pərviz Şahbazov bildirib.

Tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində Energetika Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam