İlham Əliyev BƏƏ-nin Bakıdakı səfirliyində olub -Prezidentin vəfatı ilə əlaqədar başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyində olub, görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib.
Yenixeber.org: Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.