Redaktor seçimi
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Günün xəbəri

"Qarabağ" klubu mövsüm ərzində qol sayını 100-ə çatdıra bilər

 

"Qarabağ" klubu cari mövsüm vurduğu qolların sayını 100-ə çatdıra bilər.

Yenixeber.org: Qurban Qurbanovun baş məşqçi olduğu komanda indiyədək bütün turnirlərdə 98 dəfə fərqlənməyə müvəffəq olub.

"Köhlən atlar" Azərbaycan Premyer Liqasında 65, ölkə kubokunda 15, UEFA Konfrans Liqasında isə 18 dəfə rəqib qapılarına yol tapıb.

Ağdam təmsilçisi daxili yarışlarda 80 dəfə qol sevinci yaşayıb. Azərbaycan Premyer Liqasında 8, ölkə kubokunda 2, Konfrans Liqasında 1 dəfə böyükhesablı qələbə əldə edən komandanın daxili yarışlardakı qollarının sayını 100-ə çatdırması real görünmür.

"Qarabağ" mövsümün sonunadək 3 oyun keçirəcək. Ağdam komandası mayın 15-də XXVII turda "Səbail"lə, mayın 21-də sonuncu turda "Neftçi" ilə, mayın 27-də isə Azərbaycan Kubokunun finalında "Zirə" ilə görüşəcək. Ümumi qol sayını 100-ə çatdırmaq üçün bu qarşılaşmalarda cəmi 2, bütün yarışlarda 100 həddinə çatmaq üçün isə 20 qol vurmaq lazımdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam