Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Azərbaycan aeroportları ilə sərnişin axını 2 dəfə artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın beynəlxalq hava limanları 900 minə yaxın sərnişinə xidmət göstərib ki, bu da ötən ilin eyni dövrünə nisbətən təxminən 2 dəfə çoxdur.

Yenixeber.org: Bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən xəbər verilir.
Məlumata görə, təkcə ötən ay isə sərnişin axını 247,5 min nəfər təşkil edib ki, onların 197 min nəfəri paytaxt hava limanı vasitəsilə uçan və ya gələn sərnişinlərin payına düşür.
Bakı hava limanının əsas aviadaşıyıcıları olan “AZAL” və “Buta Airways” aviaşirkətləri - müvafiq olaraq 350 və 114 min sərnişin daşımışdır ki, bu da ümumilikdə xidmət göstərilən sərnişinlərin ümumi payının 51%-ni təşkil edib.
2022-ci ilin aprel ayında 23 xarici aviaşirkət Bakı hava limanına müntəzəm uçuşlar həyata keçirib. Aviadaşıyıcıların sayının azalması Rusiya aviaşirkətlərinin Azərbaycana uçuşlar həyata keçirməsinin dayandırılması ilə bağlıdır.
Aprel ayında Bakıdan ən populyar istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Minsk, Ankara, İzmir, Frankfurt, Əbu-Dabi və Aktau şəhərləri daxil olublar.
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcmi, uçuş-enmə əməliyyatları, aerovağzal kompleksinin sahəsi və yük kompleksinin buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük hava limanıdır. Aeroportu “Skytrax” beynəlxalq hava nəqliyyatı reytinq agentliyi COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə “5 ulduz” reytinqinə layiq görüb. Bu, sərnişinlərini və əməkdaşlarını koronavirus infeksiyasının yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVİD-19 tədbirlərinin səmərəliliyinin ən yüksək qiymətləndirilməsidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam