Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ən punktual aviaşirkətlərin - reytinqi açıqlanıb

Ən punktual aviaşirkətlərin reytinqi açıqlanıb
Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin noyabr ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib edib.
Yenixeber.org: Aeroportun mətbuat xidmətindən verilən məlumata görə, bir neçə aviaşirkət – “Etihad Airways”, “Iraqi Airways”, “Lufthansa”, “Kuwait Airways” və “China Southern” Bakıdan uçarkən ən yüksək nəticəyə - 100 faiz punktuallığa nail olublar.

“Aeroflot”, “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), “İran Air”, “flyNAS”, “Uzbekistan Airways”, “Belavia” və “Qatar Airways” planlaşdırılmış uçuşların ən azı 90 faizini yerinə yetirib. “Nordwind” (88,9 faiz) və “Turkish Airlines” (85,5 faiz) aviaşirkətləri, həmçinin yüksək nəticə göstəriblər.

Ümumilikdə, 2019-cu ilin noyabrında Bakının hava limanından uçuşların 81 faizi planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirilib.

Qeyd edək ki, ötən ay Heydər Əliyev Beynəlxalq Aeroportu 50-dən çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirmiş 30 sərnişin aviaşirkətinə xidmət göstərib.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam