Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AHİK Türkiyə Kamu Çalışanları Sendikaları Konfederasiyasında -FOTOLAR

 

 

Azərbaycan-Türkiyə həmkarlar ittifaqları arasında münasibətlər davamlı olaraq inkişaf etməkdədir

Yenixeber.org: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Cavanşir Alxasov Türkiyə Kamu Çalışanları Sendikaları Konfederasiyasının 7-ci qurultayında iştirak edib.

Tədbirdə çıxış edən C.Alxasov Azərbaycan-Türkiyə münasibətlərindən danışıb. Bildirib ki, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan-Türkiyə əlaqələrinin davamlı olaraq inkişafı türk dünyasını daha sıx şəkildə bir araya gətirməkdədir. Onun sözlərinə görə, Azərbaycan tarixinin ən şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsi dövründə qardaş Türkiyə dövləti Azərbaycana tam dəstəyini göstərdi. Bu qardaşlıq münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığımızın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir”.

Sədr müavini qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün  “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə qardaşlığı bütün sahələrdə hiss olunduğu kimi, həmkarlar ittifaqları sistemində də möhkəmlənməkdədir.

C.Alxasov Türkiyə Kamu Çalışanları Sendikaları Konfederasiyasının yaranmasının 30 illiyi münasibətilə AHİK adından quruma Azərbaycanın milli xalçasını hədiyyə edib.

Qeyd edək ki, qurultayda Öndər Kahveçi Türkiyə Kamu Çalışanları Sendikaları Konfederasiyasının yenidən başqanı seçilib.

C.Alxasov Türkiyəyə səfəri çərçivəsində qardaş ölkənin həmkarlar ittifaqı olan “Hak-İş” Konfederasiyasının sədri Mahmut Arslanla görüşüb.  Söhbət zamanı Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərindən, həmçinin iki qurum arasındakı əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və perspektivlərdən danışılıb. C.Alxasov AHİK İcraiyyə Komitəsinin 12 avqust 2021-ci il tarixli qərarı ilə ötən il qardaş ölkədə baş vermiş yanğın nəticəsində məhv olmuş meşələrin bərpası üçün ayrılmış 17 100 manat pulu “Hak-İş” Konfederasiyasına təqdim edib.

 

 

 

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam