Redaktor seçimi
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Səttar Möhbalıyev İstanbulda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib-FOTOLAR

22 sentyabr 2021-ci il tarixdə Türkiyənin İstanbul şəhərində “Avrasiya Qida, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqları Federasiyası (TOLEYİS) ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının işgüzar əlaqələri” mövzusunda keçirdiyi tədbirdə iştirak edən AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyevin federasiyanın həmkarlar ittifaqı fəalları ilə görüşü olmuşdur. Görüşdən əvvəl İstanbul şəhərinin Sarıyer ərazisində Azərbaycanın ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək unudulmaz xatirəsi böyük ehtiramla yad edilmiş, abidəsinin önünə gül dəstələləri qoyulmuşdur. Ziyarətdə Avrasiya Qida, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqıları Federasiyasının sədri Cemail Bakındı, sədrin müavini Murat Bakındı, baş katib Əli Şahin və federasiyanın digər məsul şəxsləri də iştirak etmişlər.
Yenixeber.org: Ziyarətdən sonra AHİK-in sədri, millət vəkili, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyev Avrasiya Qida, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqları Federasiyasının rəhbər heyətinin fəalları, o cümlədən gəncləri ilə görüşmüşdür. Görüşdə iki qardaş dövlətin həmkarlar ittifaqlarının səmimi qardaşlıq münasibətləri, həyata keçirilən birgə tədbirlər və əməkdaşlıqla yanaşı gənclərin məşğulluq və sosial problemlərinin həlli ilə bağlı məsələlər müzakirə olunmuşdur. Tədbirdə vurğulanmışdır ki, hər iki həmkarlar ittifaqının rəhbərinin və fəallarının vaxtaşırı olaraq Bakı və İstanbulda görüşmələri, fikir mübadilələri aparmaları ümumi işə, yəni işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsinə öz müsbət təsirini göstərməkdədir.

AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçdiyi tarixi yol və fəaliyyət istiqamətləri barədə iştirakçıları məlumatlandırmışdır. AHİK-in sədri Səttar Mehbalıyev eyni zamanda BHİK-in və Pan Avropa Regional Şurasının vitse-prezidenti kimi Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti, onun strukturları və qarşısında duran vəzifələr barədə gənc dinləyicilərə ətraflı məlumat vermişdir. Bu gün dünya həmkarlar ittifaqlarının qarşısında bütün dünyanı bürümüş COVID-19 pandemiyasının törətdiyi fəsadların və işsizliyin aradan qaldırılmasında, postpandemiya dövründə ölkələrin iqtisadiyyatının dirçəldilməsində həmkarlar ittifaqlarının rolunu xüsusi vurğulamış, bu məqsədlə sosial dialoqun önəmini iştirakçıların diqqətinə çatdırmışdır. Sədr tədbirdə iştirak edən fəalları və gəncləri maraqlandıran çoxsaylı sualları cavablandırmışdır. Sonda AHİK sədri Səttar Möhbalıyev görüşün təşkilinə və göstərdikləri qonaqpərvərliyə görə federasiyanın rəhbər heyətinə, o cümlədən onun sədri Cemail Bakındıya dərin təşəkkürünü bildirmişdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam