Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AHİK sədri -Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib / FOTOLAR

 

 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev noyabrın 12-də Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yenixeber.org: Görüşdə hər iki ölkə arasında olan qardaşlıq münasibətlərindən, bütün sahələrdə inkişaf edən qarşılıqlı faydalı əməkdaşlıqdan, həmçinin Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi mənəvi-siyasi dəstəkdən söz açılıb.

AHİK sədri bildirib ki, Azərbaycan bayram əhval-ruhiyyəsindədir: “Xalqımız Zəfər Günü, Dövlət Bayrağı Günü, Konstitusiya Günü münasibətilə bayramları qeyd edir. Bu ərəfədə türkiyəli qardaşlarımızın bizi ziyarət etməsi bayramlarımızı daha da şərəfləndirir”.

O qeyd edib ki, müstəqilliyini bərpa etdikdən sonra dost və qardaş ölkə Türkiyə ilə hərtərəfli əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir, dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının daha da sürətlə yüksəlməsində  prezidentlər - İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın şəxsi münasibətləri, əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir.

 

 

S.Möhbalıyev vurğulayıb ki, ötən il bütün dünya Azərbaycan Ordusunun gücünə, Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik məharətinə və xalqın sarsılmaz birliyinə şahid oldu: “Vətən müharibəsində qələbənin qazanılmasında Ulu Öndər Heydər Əliyevin qoyduğu təməllər mühüm rol oynadı. Məhz qalib Azərbaycan Ordusunun əsası Ulu Öndər tərəfindən qoyulub”. Konfederasiya sədri əlavə edib ki, Vətən müharibəsində Türkiyə dövləti və onun Prezidenti Azərbaycana mənəvi dəstək oldu, qardaş ölkənin dövlət orqanları zəfərimiz üçün bütün müstəvilərdə böyük səy göstərdilər: “Bu gün türkiyəli şirkətlər işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işlərində yaxından iştirak edir”.

 

Sonra AHİK sədri Azərbaycan həmkarlar ittifaqlarının yaranma tarixindən, funksiyalarından, bu illər ərzində gördüyü işlərdən, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhfələrdən bəhs edib.

S.Möhbalıyev deyib ki, Azərbaycan həmkarlar ittifaqları ikinci Qarabağ müharibəsində ictimai təşkilat olaraq səlahiyyətləri çərçivəsində bütün köməkliyi və yardımları göstərib, dövlətin hər bir çağırışına adekvat reaksiya verib. O bildirib ki, rəhbərlik edtiyi qurum hər zaman şəhid ailələrini, qaziləri, müharibə iştirakçılarını diqqətində saxlayır və onlara xüsusi qayğı ilə yanaşır.

Səmimi görüş üçün təşəkkürünü bildirən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə münasibətlə təbriklərini çatdırıb, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyib.

Ş.Ayrım bildirib ki, ölkələrimiz arasında mövcud münasibətlər bütün sahələri əhatə etməklə yüksələn xətlə inkişaf edir və bu münasibətlər hər bir ölkəyə nümunə ola biləcək səviyyəyə çatıb. Qeyd edib ki, ölkələrimiz arasında imzalanmış Şuşa Bəyannaməsi unikal müttəfiqlik nümunəsidir və əlaqələrimizin geostrateji əhəmiyyətini bundan sonra da artıracaq.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətini yüksək qiymətləndirib, hər iki qardaş ölkənin həmkarlar ittifaqları arasında mövcud əlaqələri, aparılan təcrübə və fikir mübadilələrini əhəmiyyətli hesab edib.

Daha sonra tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşün sonunda AHİK sədri Səttar Möhbalıyev tərəfindən  qonaqlara "Azərbaycan Həmkarlar İttifaqları – 115 illik" Yubiley Döş Nişanı təqdim olunub.

 

Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam