Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hərbçilərin “Heydər zirvəsi”nə ekspedisiyası başa çatıb -VIDEO

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun kursantlarının və Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularından ibarət nümayəndə heyətinin iştirakı ilə təşkil olunan “Ulu Öndər” adlı ekspedisiya uğurla başa çatıb.

Yenixeber.org: Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə alpinistlər Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək gül dəstələri qoyublar.
Ekspedisiya üzvləri təyin olunmuş marşrut üzrə “Heydər zirvəsi”nə yürüş ediblər.

Böyük Qafqaz sıra dağlarının Qızılqaya massivində dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən “Heydər zirvəsi”nə qalxan alpinistlər Ümummilli Liderin barelyefi önündə onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, burada Azərbaycan Respublikasının Dövlət Bayrağını dalğalandırıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam