Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil edib-FOTO

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı ulu öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüş təşkil edib.

Yenixeber.org: Yürüş iştirakçıları tərəfindən Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində düşərgə salınıb, sonrakı mərhələdə isə sərt relyef və iqlim şəraitinə baxmayaraq, iştirakçılar bütün maneələri dəf edərək tam heyətdə, müəyyən olunmuş marşrut üzrə və nəzərdə tutulan vaxtda “Heydər zirvəsi”nə çıxıblar.

Ümummilli liderin barelyefi önündə onun əziz xatirəsini dərin ehtiramla yad edən heyət “Heydər zirvəsi”ndə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb, DTX-nin adını və emblemini əks etdirən lövhə və plakatları yerləşdirib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam