Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DTX “Heydər zirvəsi”nə yürüş təşkil edib -FOTOLAR

 

DTX “Heydər zirvəsi”nə yürüş təşkil edib - FOTOLAR
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) “Heydər zirvəsi”nə yürüş təşkil edib.
Yenixeber.org: DTX-dən verilən məlumata görə, “Heydər zirvəsi”nə yürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları iştirak edib. Yürüş iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad ediblər və məzarı önünə gül dəstələri düzüblər.



Sonra Bakı şəhərindən müstəqil Azərbaycanın banisi və qurucusu Heydər Əliyevin adını daşıyan, Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən və hündürlüyü 3751 metr olan “Heydər zirvəsi”nə yürüşə başlanılıb. Yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam edib, ərazidə düşərgə salınıb.



Qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, yürüş iştirakçıları tam heyətdə mayın 2-də “Heydər zirvəsi”nə qalxaraq Ümummilli Liderin əziz xatirəsini yad ediblər və zirvədə Azərbaycanın Dövlət Bayrağını ucaldıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam