Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

İsveçli rejissor Şuşa şəhəri haqqında sənədli film çəkəcək

 

İsveçli fotoqraf və rejissor Mikael Silkberq Şuşa şəhəri və onun mədəni-tarixi irsi haqqında sənədli film çəkəcək.

Yenixeber.org: Mikael Silkberq hazırlıq işləri görmək üçün 3 gün Şuşada qalıb.

Onun sözlərinə görə, bu, Avropa dünyasına şəhərin mədəniyyəti və xüsusiyyətlərini izah etmək cəhdidir.

Silkberq filmdə qəzəllərdən, muğamlardan istifadə etmək və digər musiqi janrları, o cümlədən cazla oxşarlıqları tapmaq istədiyini bildirib.

“Avropanın caz musiqisilə muğam arasında çox oxşar məqamlar, məsələn improvizasiyalar var. Mən də yerli mədəniyyəti sıfırdan öyrənmək və onu Avropa tamaşaçısına çatdırmaq istədim”, - o deyib.

Sənədli filmin əsas simvolu Xarıbülbüldür. Çəkilişlər Bakıda və Şuşada baş tutacaq. 

Şuşada gördüyü Azərbaycan mədəniyyət xadimlərinin güllələnmiş heykəlləri isveçli rejissorda güclü təəssürat oyadıb. 

“Onlar dağıntıların bərpa edilməsinin mümkünlüyünü və şəhərdəki digər heykəllərin də yaxın gələcəkdə bərpa ediləcəyini simvolizə edir”, - rejissor deyib.  

Onun sözlərinə görə, filmin premyerasının avqust ayında Türkiyədə keçiriləcək kinofestivalda baş tutması planlaşdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam