Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də İsrailin maliyyə naziri Aviqdor Libermanı qəbul edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Prezident İlham Əliyev İsrailin maliyyə nazirini qəbul edib -YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də İsrailin maliyyə naziri Aviqdor Libermanı qəbul edib.
Yenixeber.org: Görüşdə Azərbaycan ilə İsrail arasında bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyi vurğulanıb, son dövrlərdə qarşılıqlı səfərlərin intensivliyinin və dinamikasının artması, həmçinin İsraildə Azərbaycan ticarət nümayəndəliyinin fəaliyyət göstərməsi və Turizm Mərkəzinin açılması müsbət amil kimi qiymətləndirilib.
Söhbət zamanı iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.