Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Mədəniyyət Nazirliyi vətəndaşlara çağırış edib

Mədəniyyət Nazirliyi hər kəsi Ağdam İşğal və Zəfər muzeylərinin fondunun yaradılması ilə bağlı dəstək göstərməyə çağırıb.
Yenixeber.org: Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, hazırda Ağdam İşğal və Zəfər muzeyləri kompleksinə daxil olan muzeylər ilə bağlı məzmunun hazırlanması istiqamətində işlərə başlanılıb: "Ağdama aid maddi-mədəniyyət nümunələri, əşyalar, şəkillər, videolar və digər materiallara sahib, həmçinin Ağdamla bağlı xatirələri olan vətəndaşlarımız Ağdam İşğal və Zəfər muzeylərinin fondunun yaradılmasında iştirak edə bilər. Bununla bağlı 22 aprel 2022-ci il tarixindən başlayaraq aşağıda qeyd edilən əlaqələndirici şəxsə bu barədə məlumat verilməsi xahiş olunur".

Mədəniyyət Nazirliyi vətəndaşlara çağırış edib

Qeyd edək ki, ötən il 28 may tarixində Prezident İlham Əliyevin iştirakı ilə Ağdam İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimi keçirilib. Ağdam İşğal və Zəfər muzeyləri kompleksi ümumilikdə 22 hektara yaxın ərazini əhatə edəcəkdir. Ağdam şəhərinin müəyyən bir hissəsinin dağıdılmış vəziyyətdə qalması və Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsini əks etdirən açıq səma altında memorial kimi nümayiş etdirilməsi nəzərdə tutulur. 17.23 hektar ərazini əhatə edəcək bu kompleks müasir üslubda dizayn edilmiş muzey binası, xatirə gölü, memorial bağ və dağıntılardan ibarət olacaqdır. Ağdam Zəfər Muzeyi kompleksi 5 hektara yaxın ərazini əhatə edəcək və bu bölmə müasir dizayna malik bina, Bayraq meydanı və Zəfər arenası hissələrindən ibarət olacaqdır. Ağdamda Dövlət başçısı tərəfindən bayrağın qaldırıldığı ərazidə Bayraq meydanı təşkil ediləcək, muzeyin binası və arena bu meydanın yaxınlığında yerləşəcəkdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam