Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Son sutkada Rusiyanın 10 tankı məhv edilib” -Baş Qərargah

Rusiya Silahlı Qüvvələri Donetsk və Luqansk vilayətlərini tam ələ keçirmək, eləcə də Krıma quru yoluna tam nəzarətə almaq cəhdlərini davam etdirir”.

Yenixeber.org: Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Məlumata görə, Rusiya ordusu Ukraynanın bütün mülki obyektlərinə raket və aviasiya zərbələri endirir:

“Ötən sutka ölkənin qərb regionlarındakı mülki obyektlərinin raket və aviasiya zərbələrinə məruz qalması artıb”.

Bildirilib ki, Rusiya Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində “S-400” və “S-300” zenitk-raket kompleksinin diviziyalarını yerləşdirib. Məlumata görə, Rusiya hərbçiləri Siver Donets çayının sol sahilində İzyum, Donetsk və Tavriya vilayətləri istiqamətlərində bütün cəbhəboyu hücum fəallığını artırıb:

“Düşmənin əsas hədəfi Luqansk və Donetsk vilayətlərində qoşunlarımızın müdafiəsini yarmaqdır. Rusiya Qara dəniz donanması 126-cı sahil mühafizə briqadası şəxsi heyətinin 75 faizini itirib. Qara dəniz donanması 810-cu əlahiddə briqadasının 158 hərbçisi öldürülüb, 500 yaralanıb, 70-i itkin sayılır”.

Məlumata görə, son sutkada Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının 7 hücumunun qarşısını alıb: “Onların 10 tankı, 18 zirehli texnikası, 8 avtotmobil texnikası, 1 artilleriya sistemi, bir minaatanı məhv edilib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam