Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ukrayna MN:"Rusiya hərbçiləri mülki geyimdə döyüşməyə başlayıblar"

 

Ukrayna Müdafiə Nazirliyi ölkədəki durumla bağlı operativ məlumat yayıb.

Yenixeber.org: Qurumdan Rusiya tərəfinin bölmələrini yenidən qruplaşdırdığı bildirilib.

Məlumata görə, Rusiya Ukraynanın şərq sərhədlərinin yaxınlığındakı aerodomlara hava qüvvələrinin köçürülməsini başa çatdırmağa çalışır:

"Onlar texnika və canlı qüvvələrini yaşayış evlərinə yerləşdirirlər. Bu isə beynəlxalq humanitar hüquq normalarının pozulmasıdır. Qarşı tərəfin hərbçilərinin mülki geyimdə döyüşməsi müşahidə olunur. Volın və Polissiya istiqamətlərində düşmənin hərəkətlərində dəyişiklik yoxdur. Rusiya şimal istiqamətində ayrı-ayrı bölmələrin şərq əməliyyat zonasına yeridilməsini başa çatdırır. Mərkəzi Hərbi Dairənin 41-ci Ümumqoşun Ordusunun bölmələri Belqorod və Voronej vilayətlərindəki rayonlara köçürülür. Sloboda istiqamətində Xarkov şəhərinin qismən mühasirəsi davam edir. Qarşı tərəf bölmələrimizin mövqelərini və onların hərəkət marşrutlarını müəyyənləşdirmək üçün hava kəşfiyyatı aparır".

Vurğulanıb ki, Melitopol və İlovaysk ərazilərində hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi qeydə alınıb: “Çox güman ki, Rusiya qüvvələri gələcəkdə Donetsk vilayətinin inzibati sərhədlərinə çatmaq üçün Mariupol şəhərini ələ keçirməyə, Popasnanı tutmağa və Kuraxove istiqamətində hücuma keçməyə çalışacaq. Onlar Xerson vilayətinin inzibati sərhədlərində möhkəmlənmək cəhdlərindən əl çəkmirlər. Qara və Azov dənizlərinin sularında Rusiyaya aid hərbi dəniz qrupları döyüş əməliyyatlarının aparıldığı ərazinin təcrid olunması, kəşfiyyat və quru bölmələrinin atəşə tutulması ilə bağlı tapşırıqları yerinə yetirməkdə davam edir. Onların raket silahlarından istifadə təhlükəsi hələ də qalmaqdadır. Donetsk və Luqansk vilayətləri ərazisində Rusiya tərəfinin 6 hücumu dəf edilib. 4 tank, 5 zirehli texnika, 26 avtomobil və 8 artilleriya sistemi vurulub. Həmçinin ötən sutka ərzində Rusiyaya aid 1 təyyarə, 2 helikopter və 4 PUA məhv edilib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam