Xəzərdə zəlzələ olub
Xəzər dənizində 3,2 maqnitudada zəlzələ qeydə alınıb.
Yenixeber.org: Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 21:47-də qeydə alınıb. Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib.