Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AFFA:"Kəpəz" və "Turan Tovuz" Premyer Liqa üçün əsas namizəddir"

 

"Detallı şəkildə sənədlərin və zəmanətlərin təqdim olunmasına gəldikdə, məhz "Turan Tovuz" və "Kəpəz" Premyer Liqa üçün əsas namizəd hesab edilir".

Yenixeber.org: Bunu müsahibəsində AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.

35 yaşlı funksioner hər lisenziyalaşdırma mövsümündən əvvəl klublarla iclas keçirildiyini xatırladıb: "Bu, lisenziyalaşdırma mövsümünün açılması da adlanır. Fors-major hal olmasa, bu toplantı oktyabrda baş tutur. Həmin iclasdan bir həftə sonra Premyer Liqada çıxış edən klublar həm avrokuboklar, həm də Premyer Liqa lisenziyası, I Divion təmsilçiləri isə Premyer Liqa üçün müraciət edə bilərlər".

Hacıyev cari mövsümdə I Diviziondan bir sıra klubun Premyer Liqa lisenziyası üçün müraciət etdiyini söyləyib: "Ondan sonrakı mərhələdə müəyyən sənədlərin və zəmanətlərin təqdim olunma proseduru start götürür. Bu iki klubun adının Premyer Liqa ilə hallanması məhz bununla bağlıdır".

Assosiasiya rəsmisi yekun qərarı AFFA-nın Lisenziyalaşdırma Komissiyasının verəcəyini sözlərinə əlavə edib: "Lisenziyalaşdırma prosedurunda bəzi məsələləri nəzərə alaraq bu mövzuda əlavə açıqlama vermək hazırda mümkün deyil. Bir müdddətdən sonra bu məsələ ilə bağlı daha dəqiq və detallı açıqlama vermək mümkündür".

Sərxan Hacıyevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam