Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Uill Smit “Oskar” mükafatlandırmasında iştiraka qoyulan onillik qadağaya reaksiya verdi -FOTO/VİDEO

 

Amerikalı aktyor Uill Smit ABŞ Kino Sənətləri və Elmləri Akademiyasının ona 10 il ərzində tədbirlərə, o cümlədən “Oskar” mükafatlarının təqdimat mərasiminə qatılmağa qadağa qoymasına cavab verib.

Yenixeber.org: “Akademiyanın qərarını qəbul edir və hörmətlə yanaşıram”, – deyə aktyor bildirib.

Xatırladaq ki, martın 27-dən 28-nə keçən gecə “Oskar” mükafatlarının təqdimat mərasimində aktyor Uill Smit “Ən yaxşı kişi rolu” mükafatını qazansa da, gecənin əsas hadisələrindən biri aktyorun mükafatlandırılması deyil, qala-tədbirin aparıcısı Kris Roku təhqir etməsi və ona şillə vurması oldu. Uil Smit komediyaçının onun həyat yoldaşının saçları ilə bağlı zarafatına (Cada Pinkett-Smit xəstəliklə əlaqədar saçlarını itirib) belə reaksiya vermişdi.

Bundan sonra Kino Sənətləri və Elmləri Akademiyası Smitə “Oskar” da daxil olmaqla 10 il ərzində öz tədbirlərində iştiraka qadağa qoydu.

“94-cü “Oskar” Mükafatları 2021-ci ildə inanılmaz iş görən çoxsaylı insanların bayramı olmalı idi. Lakin həmin anlar cənab Smitin səhnədə nümayiş etdirdiyi yersiz və zərərli davranışla yadda qaldı”, - deyə akademiyanın qərarında deyilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam