Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Oğurluq və soyğunçuluqla məşğul olan üç nəfər saxlanılıb -Salyanda

 

Salyanda oğurluq və soyğunçuluqla məşğul olan üç nəfər saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kərimbəyli kəndi ərazisində yerləşən evlərin birindən ümumi dəyəri 4000 manat olan dəmir boru və lövhələr oğurlamaqda şübhəli bilinən iki nəfər şəxs saxlanılıb. Araşdırmalarla onların əvvəllər məhkum olunmuş rayon sakinləri Orxan Hüseynov və Röyal Səmədov olduqları müəyyən edilib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf ediblər.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə mart ayının 15-də rayon ərazisində bir qadına qarşı zor tətbiq edərək əlində olan 380 manat pulu soyğunçuluq yolu ilə ələ keçirən əvvəllər məhkum olunmuş Pərviz Əhmədov saxlanılıb.

Saxlanılan zaman onun üzərindən psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

 Faktlarla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam