Redaktor seçimi
Elmi-Tədqiqat Pediatriya İnstitutunun tender müəmması-
Dünyanı düşündürən sual: Blef, yoxsa real təhlükə? –
Sülhə bir gün qalmış… –
İnqilab lideri, Moskvaya ümid olan, dar ağacına sürüklənən əyalət uşağı… –
44 günün dönüş nöqtəsi, Şuşa əməliyyatının sirri, “mücrü” fenomeni… –
Anuş Apetyan kim idi – tibb bacısı, yoxsa snayper? -
Delfin və balinası olan II Elizabet:
Partiyalara 90 gün vaxt verilir…-
Günün xəbəri

Azərbaycan Prezidenti -MDB PA-nın üzvlərinə müraciət edib

 Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfəri çərçivəsində MDB PA Şurasının Almatı şəhərində keçirilən MDB PA-nın 30 illiyinə həsr olunmuş iclasda çıxış edib.

Yenixeber.org: Əvvəlcə spiker Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.

Sonra müzakirə olunan mövzu ilə bağlı çıxış edib. Tədbir iştirakçılarını Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının yaradılmasının 30 illiyi münasibətilə təbrik edən Milli Məclisin sədri təşkilata bundan sonra da inkişaf və tərəqqi arzularını ifadə edib.

Spiker diqqətə çatdırıb ki, Parlamentlərarası Assambleya siyasi, hüquqi, iqtisadi, humanitar və digər sahələrdə qanunvericilik fəaliyyətində təcrübə mübadiləsi üçün əlverişli müstəvidir. Sahibə Qafarova qeyd edib ki, son iki ildə dünyanı bürümüş pandemiyaya baxmayaraq, Milli Məclis Parlamentlərarası Assambleyası çərçivəsində fəaliyyətini davam etdirib, nümayəndə heyətimizin üzvləri təşkilatın onlayn və əyani tədbirlərində iştirak edib və ayrı-ayrı komissiyaların rəhbərliyində təmsil olunublar.

Milli Məclisin sədri çıxışında Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi nəticəsində Cənubi Qafqazda yaranmış yeni reallıqlar haqqında da məlumat verib. Bildirib ki, bu gün postmünaqişə dövründə regionda sülh və əməkdaşlıq üçün yeni perspektivlər yaranıb. Ölkəmiz sülh tərəfdarı kimi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın yerinə yetirilməsinə sadiqdir. Biz Ermənistandan da həmin bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini gözləyirik. Spiker deyib ki, Ermənistan konstruktiv yanaşma göstərməli və münasibətlərin suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı surətdə tanınması, eləcə də regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi əsasında normallaşmasına çalışmalıdır. Bu, regionda real sülhə və sabitliyə nail olmaq üçün yeganə yoldur.

Milli Məclisin sədri Sahibə Qafarova Ermənistan parlamentinin spikeri Simonyanın iclasda iştirakını nəzərə alaraq xatırladıb ki, biz hələ də Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə Ermənistandan cavab gözləyirik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam