Əməkdaşlığın daha da dərinləşdirilməsi üçün lazımi tədbirlər müzakirə ediləcək
Yenixeber.org: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanda səfərə yola düşüb. Türkiyə lideri Özbəkistanın paytaxtı Daşkənddə həmkarı Şavkat Mirziyoyevlə görüşəcək.
Ərdoğan və Mirziyoyevin sədrliyi ilə Daşkənddə müvafiq nazirliklərin iştirakı ilə keçiriləcək Şura toplantısında Türkiyə ilə Özbəkistan arasındakı strateji tərəfdaşlıq səviyyəsi nəzərdən keçiriləcək və atılacaq addımlar müzakirə olunacaq.
Həmçinin iki ölkə arasındakı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün lazımi tədbirlər müzakirə ediləcək. Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.
Səfər çərçivəsində müxtəlif müqavilə və anlaşma memorandumlarının imzalanması da gözlənilir.(“Anadolu”)