Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qazilər Müdafiə Nazirliyinin qarşısında aksiya keçirib –VİDEO


Vətən Müharibəsi iştirakçıları Müdafiə Nazirliyi qarşısında etiraz aksiyası keçiriblər.
Yenixeber.org: “Azad Söz” səhifəsi aksiyadan görüntülər yayımlayıb.

Aksiyada çıxış edən etirazçılardan biri onlara veteranlıq verilməməsindən şikayətçi olduqlarını bildirib:
“Çıxıb desinlər ki, bizə nə vaxt veteranlıq veriləcək. Bizi vətəndaş kimi saymırlar. Mən könüllü, qaça-qaça müharibəyə getmişəm. 1 litr benzinlə özümü yandırırdım ki, məni müharibəyə aparsınlar. Mənə veteranlıq vermirlər, heç bilsəydim, müharibəyə getməzdim”.
O həmçinin bildirib ki, yenidən müharibə olsa, iştirak etməyəcək:
“Bunun sabahı var. Müharibə bir günlə bitmir ki. Düşmən güclənmək üçün gözləyir. 2 ilə, 5 ilə yenə hücum ola bilər. Hücum olan zaman mən getmərəm. Mənə bu gün hörmət etmirlərsə... Mən dənizdə işləyirəm, 2 övladım var, götürəcəm uşaqlarımı, qaçıb gedəcəm xaricə. Çünki bu gün mənə hörmət etməyən nazirlik üçün mən niyə gedim döyüşüm?”
Aksiya iştirakçıları bildiriblər ki, onlara bir cavab verilənə qədər heç yerə getməyəcəklər.
Daha sonra nazirliyin əməkdaşları aksiya iştirakçılarına bildirib ki, etirazçıların hər biri qəbul olunacaqlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam