Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bir qrup hərbi qulluqçu Prezident Administrasiyası qarşısında aksiya keçirib-SƏBƏB

Açiq mənbələrdən foto.
Bu gün İkinci Qarabağ müharibəsinin bir qrup iştirakçısı Prezident Administrasiyası qarşısında etiraz aksiyası keçirib.
Yenixeber.org: Hərbiçilər onlara veteran statusu və medal verilməməsi ilə bağlı narazılıqlarını bildiriblər.

"Hamımız hərbiçiyik. Bizi veteranlıq hüququndan məhrum ediblər, heç bir ad, medal verməyiblər. Biz bu barədə Ali Baş Komandana dəfələrlə məktubda bildirmişik, məktublarımız Müdafiə Nazirliyinə yönləndirilib. Müdafiə Nazirliyi isə şablon bir məktub göndərib bizə", deyə aksiya iştirakçılarından biri bildirib.

Etirazçıların sözlərinə görə, Müdafiə Nazirliyi imtina cavabını zabitlərin müharibə bitəndən sonra, yəni 2020-ci ilin noyabrın 10-dan sonra həmin ərazilərə göndərilməsi ilə əsaslandırır.

Aksiya iştirakçıları bildiriblər ki, onlar səfərbərliklə çağırılıb və 2020-ci ilin dekabrından minalanmış ərazidə xidmət ediblər, ermənilərin diversiya qruplarına qarşı mübarizə aparıblar və 2021-ci ilin fevral-mart ayında evə göndəriliblər.

Aksiya iştirakçılarının sözlərinə görə, belə hərbiçilərin sayı 3 mindən çoxdur.

Məsələ ilə bağlı Prezident Administrasiyasından münasibət öyrənmək mümkün olmayıb. (turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam