Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

İrəvanda -Qarabağ müharibəsi iştirakçıları aksiya keçirir

İrəvanda Qarabağ müharibəsi iştirakçıları aksiya keçirir
Ermənistan Müdafiə nazirliyinin binası yaxınlığında Qarabağ müharibəsində iştirak edənlər etiraz aksiyası keçirir.
Yenixeber.org: Erməni KİV xəbər verir ki, onlar pul köçürmələrini tələb edirlər.

“Cəbhədən 30 noyabrda dönmüşük, sonuncu dəfə Laçında olmuşuq. Hələ də pul təzminatını almaq üçün müxtəlif orqanlara müraciət edirik, lakin heç kim bizə cavab vermir. 30 dekabrda Nazirlər Kabinetinə, ondan iki gün əvvəl – Müdafiə nazirliyinə müraciət etdik. 28 dekabrda nazirliyə gəldik, bizi polkovnik Ara Arakelyan qəbul etdi, bütün köçürmələrin 30 dekabr tarixində ediləcəyinə söz verdi, lakin bu, baş vermədi. Arakelyanla yenidən əlaqə saxladım, məsələnin bəzi sənədlərlə əlaqəli olduğunu söylədi ”, - cəbhəyə könüllü gedən David Ovannisyan deyib.

O, baş nazirinin köməkçisi Nairi Sarkisyanla da əlaqə saxladığını, qarşı tərəfdən tətildən sonra məsələnin həlli ilə məşğul olacaqları cavabının verildiyini söyləyib.

"General-mayor Vardan Avetisyanla da görüşdük, bu məsələ ilə müvafiq komissiyanın məşğul olduğunu, bu həftə qərar veriləcəyini dedi. Ancaq yenə də pulumuzu ala bilməmişik Biz problemin nədə olduğunu, vəsaiti nə vaxt alacağımıza dair dəqiq cavab verilməsini tələb edirik", - erməni döyüşçülər deyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam