Azərbaycan və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub
Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov telefonla Azərbaycanın Qarabağ bölgəsində vəziyyətin sabitləşdirilməsi yollarını müzakirə ediblər.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
“Müdafiə nazirləri vəziyyəti sabitləşdirmək və təhlükəsizliyi qorumaq yollarını müzakirə ediblər”, - nazirlikdən bildirilib.
Qeyd ediblər ki, tərəflər sülhməramlı əməliyyatın gedişi və onun həyata keçirildiyi zonada humanitar vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar.