Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Rusiyaya qarşı yeni sanksiyalar elan edildi –Hərbi sənayenin 48 şirkəti də hədəf alınıb

Ukraynaya qarşı davam edən işğalçı müharibənin bir ayının tamamında Qərb ölkələri Rusiyaya qarşı növbəti sanksiyalar paketini elan edib. Ağ Evin dünən axşam yaydığı məlumata görə, ABŞ Avropa İttifaqı və Böyük Yeddilərlə (G7) birlikdə Rusiyanın 600-dən çox fiziki və hüquqi şəxsinə ağır məhdudiyyətlər tətbiq edib. 

Yenixeber.org: Onların arasında separatçı “lpr” və “dxr”in müstəqilliyinin tanınmasına səs verən Dövlət Dumasının 328 deputatı, bir təşkilat olaraq Dövlət Dumasının özü, “Sberbank”ın rəhbəri German Qref də var.

Siyahıda “Sovkombank”ın idarə heyətinin və müşahidə şurasının 17 üzvünün adı var. Onların arasında bankın ortaq sahibləri Mixail Klyukin, Sergey və Dmitri Xotimskilər və Mixail Kuçment də adı ver. Bankın özü ABŞ sanksiyalarına fevralın 25-də məruz qalıb.

Sanksiyalar həmçinin Ukraynada hərbi əməliyyatlarda istifadə olunan hərbi texnika istehsalı ilə məşğul olan 48 şirkətə də şamil edilib.

ABŞ Maliyyə Nazirliyinin bildirdiyinə görə, Rusiyanın Mərkəzi Bankı ilə qızılla bağlı hər hansı əməliyyat qadağandır.

Burada söhbət siyahıda olan fiziki və hüquqi şəxslərin ABŞ-dakı aktivlərinin dondurulmasından, Amerika vətəndaşlarının və şirkətlərinin siyahıda olanlarla hər hansı əməkdaşlığının qadağan edilməsindən gedir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam